Türk dünyasının tanınmış diplomatı Hulusi Kılıç TAİB-i ziyarət edib-Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Görüşdə Türk Ağsaqqallar Birliyinin üzvləri, qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər.
Coşğuyla qarşılanan qonaq əvvəlcə ofislə tanış edilib, sonra isə dəyirmi masa ətrafında TAİB-lə bağlı fikir mübadiləsi aparılıb.
TAİB-in İcra Aparatının rəhbəri Nicat Hüseyn Dağlar əvvəlcə qonağı görüş iştirakçıları ilə tanış edib, rəhbərliyin salamını yetirib və sözü Hulusi Kılıça verib.
Hulusi Kılıç Azərbaycanı doğma vətəni, özünü isə azərbaycanlı saydığını söyləyib.
“Bu gün belə bir təşkilatın yaranması türk birliyinin inkişafına böyük təkan verəcək. Sizlərlə birgə olmaqdan mutluluk duyuram. Türk birliyinin inkişafına dəstək olacaq layihələrin icrası təşkilatı gələcəkdə daha böyük hədəflərə götürəcək. Bu günə qədər görülən işlər təqdirəlayiqdir. Bundan sonrakı bütün işlərdə mən də sizlərlə bərabər olacağam”-deyən qonaq Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını, daha da möhkəmləndiyini vurğulayıb. Əlamətdar gündə çıxış edən Hulusi Kılıç Azərbaycanda keçirdiyi vaxtları ömrünün ən gözəl günləri adlandırıb.
Görüşdə iştirak edən Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və televiziya aparıcısı, TAİB-in üzvü Güllü Yoloğlu da öz çıxışında qədim türk tarixindən sitatlar gətirib. Hulusi Kılıçın da bu təşkilatda təmsilçiliyinin təşkilatın işlərinə böyük təkan verəcəyini vurğulayıb. O, bildirib ki, təşkilatın tərkibində Qadınlar Şurasının yaradılması çox gözəl addımdır. “Türk dünyasının Turan uğruna fədakarlıq göstərən, eyni zamanda türk ellərinin ziyalı xanımlarının da bu platformada birləşməsi türk birliyini daha da gücləndirəcək, inkişafına böyük töhfə verəcək”- deyə fikrini yekunlaşdıran G. Yoloğu öz kitabını qonağa hədiyyə edib.
Növbə ilə çıxış edən TAİB‐in üzvləri öz çıxışlarında Türkiyə-Azərbaycan dostluğundan söz açaraq 44 günlük müharibədə və 1918-20-ci illərdəki qardaş dəstəyini unutmadıqlarını söylədilər. TAİB-in gələcək işlərində Hulusi Kılıçla birgə addımlamaqdan fəxarət duyuqlarını bildirdilər.
Çıxış edən digər iştirakçılar da Hulusi Kılıçın fəaliyyətindən danışıb, onun Azərbaycan və türk sevgisindən söhbət açıblar
Görüşün sonunda Hulusi Kılıç görüş iştirakçılarına zəfərlə bağlı yazdığı 44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabını imzalayaraq hədiyyə edib.
Keçmiş səfirin İkinci Qarabağ savaşında Azərbaycanın haqq səsini dünyaya çatdırılması üçün müxtəlif media orqanlarına verdiyi müsahibə və açıqlamaların toplandığı “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” kitabını jurnalist Günel Yaz tərtib edib.
Qeyd edək ki, Hulusi Kılıç TAİB-də türk dünyası üzrə həmsədrliyə namizəddir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR