Türkiyəli tanınmış jurnalist İzzet Sarı TAİB tərəfindən ödülləndirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Anadolunun şimalında Qara dənizin sahilində yerləşən qədim türk yurdu Kastamonudan Türk dünyasının tanınmış araşdırmaçısı, jurnalist-yazarı İzzət Sarı bu gün TAİB-in qonağı olub.
Türk Ağsaqqalları Birliyi-TAİB yarandığı və fəaliyyətə başladığı ilk günlərdən Türk dünyasının diqqətini özünə çəkə bildi. Həmin vaxtdan da tanınmış jurnalist İzzət Sarı təşkilata informasiya dəstəyi verməyə başladı. Əhəmiyyətli layihələr həyata keçirən təşkilatın bütün fəaliyyətini diqqətlə izləyən tanınmış jurnalist Azərbaycana olan sevgisinə daha da rəng qatmaq üçün TAİB-in Təşkilat Komitəsilə əlaqə yaradaraq, təşkilatla əməkaşlıq etmək niyyətini açıqladı.
Azərbaycana budəfəki səfərində İzzət Sarı TAİB-in qonağı olub. Təşkilatın ofisində dəyərli qonağı Təşkilat Komitəsinin üzvü Eyvaz Hünbətov, İcra Aparatının rəhbəri Nicat Hüseyn Dağlar, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk, KİV və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şərafət Şəfa, üzvlərdən Şahin Həsənov, Akif Rufullayev və İlham Qəhrəman sevgiylə qarşılayıblar.
Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlığını “bir atanın iki oğlu” adlandıran İzzət Sarı türk tarixi ilə bağlı araşdırmalarına hələ orta məktəbdə oxuduğui dövrlərdən başladığı bildirib.
Azərbaycan sevdasını ruhuna hopduran qonaq söhbət əsnasında qeyd edib ki, TAİB-in ofisinə doğma evinə gəldiyi kimi gəlib.
”Türk Ağsaqqallar Birliyi – adlı möhtəşəm bir təşkilatın varlığı o qədər fəxarətlidir ki, bu təşkilatda təmsil olunmaq özü də bir onurdur. Başqa mədəniyyətlərdə, sivilizasiyalarda qardaşlar bəlkə unudula bilər, amma türk adət və ənənələrində qardaşın qardaşı unutduğu heç görülübmü? Bu hər zaman belə olub, belə də davam edir. 2020-ci ilin sentyabr ayında ermənilərin mülki əhaliyə qarşı hücumunu dəf edən qəhrəman qardaş – can Azərbaycan ordusu qardaşı Türkiyənin də dəstəyi ilə böyük bir tarixi qələbə qazandı. Bu zəfər tək Azərbaycanın deyil, bütün türk dünyasının zəfəri idi. Bu dünyada azərbaycanlı qardaşlarımızdan sonra bu zəfərə ən çox sevinən Anadolu türkləridir. Bizim düşmənlərimiz eynidir. Ona görə də biz hər zaman bir olmalıyıq! “Bir millət, iki dövlət” şüarını dünən atalarımız bizə vəsiyyət etdilər, biz də gələcək nəsillərə ötürməliyik. Bu söz boşuna deyilmiş bir söz deyil. “Bir millət, iki dövlət” cümləsi dolğun və mənalıdır. Bunu anlamayanların tarixə baxmaları yetərlidir. Biz əbədi olaraq sizinləyik, əziz azərbaycanlı qardaşlarımız” – deyən İzzət Sarı təşkilatın gələcək fəaliyyətində artıq əməkdaş kimi deyil, üzv olaraq iştirak etmək istədiyini də vurğulayıb.
TAİB-in Təşkilat Komitəsinin üzvü Eyvaz Hünbətov çıxışında bildirib ki, iki qardaş ölkənin birliyinin daha da möhkəmlənməsi türk dünyasının daha da sıx birləşməyinə stimuldu. “Biz türk dünyasının aydınları türkdilli dövlətlərin həyatı və inteqrasiya məsələlərinə daha çox önəm verərək, ortaq, əhəmiyyətli layihələr həyata keçirməli, daha da möhkəmlənməliyik. Sizin kimi ziyalıların da fədakarlığı işimizə təkan verir. Azərbaycan sizin də öz vətəninizdir. Öz vətəinizə xoş gəlmisiz”.
İcra Aparatının rəhbəri Nicat Dağlar öz növbəsində qonağa təşkilat rəhbərliyinin salamlarını çatdıraraq bildirib ki, İzzət Sarının təşkilata verdiyi informasiya dəstəyi yüksək qiymətləndirilir.
“Təşkilatın fəaliyyətinə və keçirdiyi tədbirlərə verdiyiniz informasiya dəstəyinə görə minnətdarıq. Ümidvarıq ki, bundan sonrakı birgə əməkdaşlığımız türk dünyasının inkişafına böyük töhfə verəcəkdir. Rəhbərliyin də razılığı ilə sizi təşkilatımızın üzvləri siyahısına daxil edəcəyik”- deyə N. Dağlar vurğulayıb.
Görüş zamanı qonağa TAİB-in rəsmi orqanı olan “Türk Dünyası Ağsaqqalları” qəzetinin fəaliyyəti barədə də geniş məlumat verilib. Uzun illər dərc olunan qəzetin məqsəd və məramından danışılıb.
Tanınmış jurnalist İzzət Sarıya TAİB-in xüsusi plaketi təqdim edilib.
Qeyd edək ki, görüşdə tanınmış jurnalistlər Əli Zülfüqaroğlu və Ramil Əliyev də iştirak edib.
Sonda xatirə şəkilləri çəkilib.
Qonaq Missiya TV-yə müsahibə də verib.
Mətbuat xidməti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR