Tanınmış şair, folklorşünas alim İham Qəhrəman TAİB-in üzvləri sırasına qəbul edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk folkloru tarixinin araşdırmaçısı, şair, dəyərli ağsaqqal, folklorşünas alim İlham Qəhrəman bu gün TAİB-in qonağı olub. Təşkilatın İcra Aparatının təmsilçiləri, Eyvaz Hünbətov, Nicat Hüseyn Dağlar, Şahin Həsənov və Şərafət Şəfa tərəfindən hörmətlə qarşılanan qonağa TAİB-in fəaliyyəti və gələcək planları barədə geniş məlumat verilib. İlham Qəhrəman Azərbaycanda belə bir təşkilatın yaradılmağının böyük əhəmiyyətindən və öz fəaliyyətindən danışıb.
“Türk ağsaqqallarının, ziyalılarının bir araya gəlməsi türk dünyasının birliyi və inkişafına böyük töhfə verəcəkdir. Türk ziyalılarının toplaşdığı bu təşkilatda təmsil olunmağımla qürur duyuram. Təşkilatın gələcək fəaliyyətində gərəkən dəstəyi göstərməyə hazıram. Turana gedən yol ümumtürk tarixindən və folklorumuzdan keçir!”- deyən dəyərli el ağsaqqalı İham Qəhrəman TAİB-in üzvləri sırasına qəbul edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR