Türk Ağsaqqalları Birliyi – TAİB Naxçıvanda konfrans keçirəcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in, tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti Naxçıvana yola düşüb.

Agsaqqallar.Az xəbər verir ki, mayın 4-6-da TAİB və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Naxçıvan Dövlət Universitetinin akt zalında düzənlənəcək konfransda müxtəlif istiqamətləri əks etdirən məruzələr təqdim olunacaq.
Səfər proqramına bir sıra digər tədbirlər də daxildir. Bundan başqa, TAİB təmsilçilərinin tələbələrlə görüşü və müxtəlif fakultələrdə ustad dərsləri keçiriləcək.
TAİB-in nümayəndə heyətini Missiya TV-nin çəkiliş qrupu müşayət edəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR