Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə toplaşır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı bildirib.Onun sözlərinə görə, iclas 11 yanvar tarixində onlayn rejimdə baş tutacaq. İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə ediləcək.

Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha vurğulayıb. (APA)

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR