3-cü Beynəlxalq Sosial Elmlər Konfransı keçirilib.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

24-25 dekabr 2021-ci il tarixlərində Daşkənd İqtisadiyyat Universitetinin Səmərqənd filialının, Beynəlxalq Vizyon Universitetinin, Alfred Nobel Universitetinin, Beynəlxalq Gorazde Universitetinin, Nişantaşı Universitetinin, Prizren Universitetinin, Kipr Qərb Universitetinin, Orta Asiya Amerika Universitetinin, Mohanlal Sukhadia Universitetinin, “Insec”-in və “CEO Tekmer”-in birgə təşkilatçılığı ilə 3-cü Beynəlxalq Sosial Elmlər Konfransı keçirilib.

Kerim Karadalın kordinatorluğu ilə keçirilən beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsindən nümayəndələr iştirak etmişdir.

Konfransda Azərbaycandan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Murtəza Həsənov, baş müəllim İlhamə Ömərova, dosent Elnur Hacaliyev,  doktorant Vüsalə Şərifova, Günel Əfəndiyeva və Şuraxanım Səlimova iştirak edirdi.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR