" />

Türkiyədə TAİB-in təşkilatçılığı ilə Heydər Əliyevə həsr olunmuş konfrans keçiriləcək – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi (TAİB) Türkiyənin İğdır şəhərində “Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda böyük konfrans keçirəcək.
 
Missiya.Az xəbər verir ki, konfrans 09-10 dekabr tarixlərində təşkil olunacaq.
Qarsdakı Baş Konsulluğumuzun, İğdırdakı Azərbaycan Mədəniyyət Evinin, Aralıq Bələdiyyəsinin və İğdır Azərbaycan Evi Dərnəyinin də dəstək verdiyi konfransın yüksək səviyyədə keçirilməsi üçün TAİB tərəfindən və bilavasitə təşkilatın təsisçisi Ramin Əhmədovun rəhbərliyi ilə bütün zəruri tədbirlər görülüb.
 
Azərbaycandan konfransa gedənlərin sırasında, TAİB-in Təşkilat Komitəsinin üzvləri və İcra Aparatının təmsilçiləri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri, millət vəkilləri də var.  
KonfransdaTürkiyədən də böyük heyət iştirak edəcək. TAİB-in nümayəndə heyəti İğıdır səfərindən əvvəl Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar. Nümayəndə heyəti Naxçıvanda Heydər Əliyev muzeyində olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR