Türk Ağsaqqalları Birliyi-TAİB-in Türkiyədə səfərdə olmuş nümayəndə heyəti İqdır Ticarət və Sənaye Odasında

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB-in Türkiyədə səfərdə olmuş nümayəndə heyəti İqdır Ticarət və Sənaye Odasına qonaq olublar.
İqdır TSO-nun rəhbəri Kamil Arslan qonaqlara bünövrəsi 1936-cı ildən qoyulan odanın fəaliyyətindən söz açıb. Türkiyə -Azərbaycan arasındakı sənaye və ticarət əlaqələrindən danışıb. Mövcud durum və perspektivlərdən söz açan rəhbər gələcəkdə də,keçmişdə olduğu kimi qardaş Azərbaycanla bir olacaqlarını deyib. Təşkilatın yaranmasının önəmindən də söz açan Kamal Arslan,təşkilatın rəsmi orqanı olan “Türk dünyası ağsaqqalları” qəzetinə də xüsusi önəm verdiyini vurğulayıb. TAİB-in nümayəndə heyətinin rəhbəri akademik Sudeyif İmamverdiyev, heyətin tərkibində olan millət vəkilləri və YAP İH-nın üzvləri Hikmet Babaoglu və Elşad Mirbəşiroğlu da Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğundan, Qarabağ müharibəsində Türkiyənin Azərbaycana verdiyi böyük qardaş dəstəyindən söz açıblar.

Sonda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.
 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR