Türk Ağsaqqallar Birliyinin nümayəndə heyəti Türkiyədə Heydər Əliyev Fen litseyini ziyarət ediblər-Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyəyə səfər çərçivəsində Türk Ağsaqqallar Birliyinin nümayəndə heyəti İqdırda yerləşən Heydər Əliyev Fen Lisesində olublar. Ulu Öndərin şərəfinə açılan bu litseyi ziyarəti özlərinə borc bilən heyət litseydə Heydər Əliyev  guşəsini ziyarət etdikdən sonra müəllim və şagirdlərlə dəyirmi masada fikir mübadiləsi aparıblar. Ümummilli Heydər Əliyevin İqdır əhalisi üçün nə qədər əziz olduğunu dilə gətirən litseyin direktoru Hikmet Ulaş bu ziyarətin onlar üçün böyük önəm kəsb etdiyini söylədi. TAİB-in TK-nin sədri Sudeyif İmamverdiyev Heydər Əliyevlə bağlı xatirələrindən danışaraq Türkiyə-Azərbaycan qardaşlığının əbədi olmasını vurğuladı. Nümayəndə heyətinin tərkibində olan millət vəkilləri, YAP-ın İdarə Heyətinin üzvləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlunun çıxışları dinlənilib. Qeyd edək ki, məktəbin yaranmasından sonra oranı  ziyarət edən ilk millət vəkilləri onlar olub.

Təşkilatın İcra Aparatının üzvü Nicat Dağlar məktəbə TAİB-in bayrağını,Hikmət Babaoğlu, Sabir Tağıyev və Şöhlət Əfşar öz kitablarını hədiyyə etdilər.

Litseyin rəhbəri Hikmet Ulaş isə qonaqlara Atatürkün şəkli həkk olunmuş suvenir hədiyyə edib. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Türk Ağsaqqallar Birliyinin nümayəndə heyəti  08-10 dekabr tarixlərində  Türkiyədə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş silsilə konfranslar keçiriblər.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR