Hulusi Kılıç:“Bəs nə oldu Paşinyan, indi kimin torpaqlarını istəyirsən?”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycan və Ermənistan münasibətlərinin gələcəyi baxımından önəmli bir gündür. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev o masaya güclü bir rəhbər, müharibəni  qazanmış, torpaqlarını işğaldan azad etmiş,  ədaləti bərpa edən bir prezident olaraq oturacaq. Cənab prezident masaya Birləşmiş Millətlər Təşkilatının 30 ildir həyata keçirə bilməyən 4 qətnaməsini birbaşa özü tərəfindən uyğulayan bir prezident kimi qatılacaqdır. Həmsədrlərin 27 ildir heç nə etmədikləri, boşuna gəlib-getdikləri, yeyib-içdikləri bir dönəmi bağlayan bir prezident olaraq o masaya oturacaq. Bölgədəki ədaləti bərpa etmiş, başı dik bir prezident kimi o görüşə qatılacaq. Çünki Ali Baş Komandan başqasının torpağında savaşmayıb. O, Birləşmiş Millətlər Təşkilatının tanıdığı torpaqları işğaldan azad edən, savaşan bir prezidentdir. Paşinyan  isə hər zamankı kimi başı aşağıda, haqsız yerə Azərbaycan torpaqlarını işğal etmiş bir baş nazir kimi o masaya oturacaq. Ayrıca məğlub, təslim olmuş Paşinyan kimi görüşdə iştirak edəcək. Cənab prezident usta bir siyasətçidir, onun bu görüşdə son dərəcə ağıllıca hərəkət edəcəyi şübhəsizdir.

Paşinyan nə qədər gündəmi dəyişdirmək istəsə də ortada 2020-ci ilin 10 noyabr, 2021- ci ilin 11 yanvar anlaşması var. Paşinyan o müqavilədən kənara çıxa bilməz. Bəlkə də o masada özünü psixoloji, duyğusal  göstərib, ağladı.  Biz müharibə ərəfəsində Paşinyanın liderlərinin dabanlarını necə yaladığının şahidi olduq. Təxmin edirəm ki, bu dəfə isə o həmin masada özünü duyğusal göstərməyə çalışacaq.

Maraqlısı da burasındadlır ki, Paşinyan kimin torpağını kimdən istəyir? Ermənistan 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olanda Azərbaycanın torpaqlarını tanımış bir Ermənistan idi. Bəs nə oldu Paşinyan, indi kimin torpaqlarını istəyirsən? Əgər Paşinyanın ağlı başındadırsa bir an öncə sülh anlaşmasına oturmalıdır. Türkiyə Ermənistan münasibətlərinin normalşması üçün Ermənistanı gərçəyi qəbul etməlidir.

Bu görüşün bölgə üçün xeyirli olacağına ümid edirəm.  Cənab prezidentimizə isə bu görüşdə uğurlar diləyirəm.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR