Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin sədri seçildi – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyinin (TAİB) bu gün keçirilmiş toplantısında ilk Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Eyni zamanda, İdarə Heyətinə namizədlərin siyahısı  da tərtib olunub. Rəsmi adı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi olan təşkilatın noyabrın sonlarında keçiriləcək Ümumi Yığıncaqda həm İdarə Heyətinin tərkibi təsdiqlənəcək, həm də təşkilatın sədri seçiləcək. Birliyin İcra Aparatı, müxtəlif istiqamətləri əhatə edəcək departamentlər də Ümumi Yığıncaqda formalaşdırılacaq. Ali orqanın ilk yığıncağında birliyin sədr müavinlərinin kimliyinə də aydınlıq gətiriləcək.

Bundan başqa, Ümumi Yığıncaqda birliyin gələcək fəaliyyət proqramının  qəbul olunması nəzərdə tutulub.  Bu gün təsdiq olunmuş Təşkilat Komitəsinin və İdarə Heyətinə namizədlərin siyahısını təqdim edirik.

Təşkilat Komitəsi 

1. Sudeyif İmamverdiyev – Sədr

2. Ramin Əhmədov

3. Eyvaz Hümbətov

4. Yaqub Mehtiyev

5. Sabir Tağıyev

6. Tapdıq Əlibəyli

7. Nicat Dağlar

8. Elnur Eltürk

9. Şərafət Şəfa

İdarə Heyətinə namizədlərin siyahısı

1. Sudeyif İmamverdiyev – Akademik

2. Teymur Bünyadov – Akademik

3. Sabir Tağıyev – Akademik

4. Telli Pənahqızı – Əməkdar jurnalist

5. Ramin Əhmədov – Təsisçi, Missiya Media Qrupunun rəhbəri

6. Eyvaz Hümbətov – Sabiq dövlət qulluçusu

7. Şəmsəddin Kuzəçi – İraq, “Kərkük” qəzetinin baş redaktoru

8. Babaxan Şərif – Özbəkistan, tədqiqatçı, professor

9. Karaçanta Murtaza – Türkiyə, Qars bələdiyyəsinin sabiq sədri

10. Elvin Həsən – Makedoniya, sabiq nazir

11. Sərdar Ünsal – Türkiyə, TRT İğdr bölgə təmsilçisi

12. Abid Tahirli – Professor, türkoloq

13. Akif Azalp – Özbəkistan, Özbəkistan, Azərbaycan şairi

14. Şöhlət Avşar – Dünya Afşarlar Birliyinin Azərbaycan təmsilçisi

15. Cəlil Xəlilov – İstefada olan polkovnik

16. Rza Avşarov – Rəssam

17. Akif Cabbarov – Telejurnalist

18. Bəxtiyar Qaraca – Telejurnalist

19. Bayram Məmmədov – Əməkdar müəllim

20. Yaqub Mehtiyev – Hüquqşünas

21. Nicat Dağlar – Missiya Media Qrupunun baş redaktoru










  

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR