Haqqımızda Əlaqə

  Qırğızıstan Xalq Komissarları Şurasının birinci sədri Zhusup Abdraxmanovun Ankarada heykəli ucaldılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ankarada yerləşən Türk Tarix Parkında Zhusup Abdraxmanovun heykəlinin açılış mərasimi olub. Mərasimdə türk dünyasının  tanınmış ziyalıları da iştirak ediblər.

Ankarada  Qırğızıstan Xalq Komissarları Şurasının birinci sədri Zhusup Abdraxmanovun heykəli ucaldılıb.
Qırğızıstan Respublikasının Türkiyədəki səfiri Kubanyçbek Omurəliyev və bələdiyyə sədri Etimesqut Enver Demirel Abdraxmanovun abidəsinə güllər qoyublar.
Qeyd edək ki, eyni parkda türkdilli dövlətlərin qurucularına da  abidə ucaldılıb.  Həmçinin bu il avqustun 29-da Türk Tarix Parkında  Çingiz Aytmatovun abidəsinin ucaldıldığı  açılışı olub.  Türk Tarix Parkında  206 abidə var.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR