Böyük Zəfərimizi qəbul edə bilməyən xainlər – Radikal müxalifəti Ermənistandakı revanşist qüvvələrlə birləşdirən nədir?

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ordumuz 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın etdi və 30 ilə yaxın davam edən işğala son qoydu. Müharibə Ermənistanın ordusu ilə yanaşı, iqtisadiyyatını da iflic vəziyyətə saldı. Azərbaycan ordusunun İkinci Qarabağ Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi müqayisəsiz qələbə, bütün dünya tərəfindən qeyri-şərtsiz qəbul edilir. Azərbaycanın Ermənistan ordusunu və iqtisadiyyatını darmadağın etməsi erməni siyasi xadimlər tərəfindən də açıq şəkildə etiraf olunur. Maraqlıdır ki, düşmən məğlubiyyəti etiraf etdiyi halda, ölkəmizin daxilindəki və “mühacirətdəki” bəzi “sapı özümüzdən olan baltalar” Azərbaycanın qələbəsini qəbul etmək istəmir, zəfərin gözdən salınması yönündə xəyanətkar çalışmalarını davam etdirirlər. Müxalifətin radikal qanadı uzun illər, “hakimiyyət işğal olunmuş əraziləri azad etmək iqtidarında deyil” tezisini gündəmdə saxlamağa çalışırdı. Eyni proses indi də davam edir.Bu adamlar faktiki olaraq Ermənistandakı revanşist qrupların maraqlarına xidmət edir və “Müharibə bitməyib, torpaqlar azad olunmayıb” kimi tezisi gündəmdə saxlamaqla Ermənistanın xarici havadarlarının, maliyyələşdikləri düşmən dairələrin əlini gücləndirməyə çalışırlar. Əminliklə deyə bilərəm ki, bu tipli açıqlamalalar yayanlar, xalqın düşmənləridir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov radikal müxalifətin “Qarabağ kartından” öz maraqları üçün istifadə etməsi ilə bağlı danışarkən deyib.

Azərbaycanda və “mühacirətdə” fəaliyyət göstərən anti-milli qüvvələrin Qarabağla bağlı düşmən mətbuatında çıxan ən xırda və əhəmiyyətsiz xəbərləri dərhal şişirtdiyini deyən Ramin Əhmədov bildirib ki, Ermənistandakı revanşist qüvvələrlə Azərbaycandakı anti-milli qüvvələr bir çox məsələlərdə həmfikirdir:


“Anti-milli qüvvələrlə Ermənistandakı revanşist qruplar sanki bir mərkəzdən idarə olunur. Məsələn, müşahidələrim göstərir ki, sentyabrın 2-də  qondarma “Arsaxın müstəqilliyi günü” ərəfəsində Azərbaycandakı anti-milli və Ermənistandakı revanşist qüvvələr sistemli şəkildə iş aparırdılar. Separatçılar Azərbaycanın qəzəbindən qorxaraq Xankəndidə “müstəqilliklə” bağlı bayram tədbiri təşkil etmədiyi halda, Bakıda və İrəvanda eyni mərkəzdən qidalanan qruplar “genişmiqyaslı bayram tədbirləri”nin baş tutduğu barədə yalan xəbərlər tirajlayırdılar. Əslində nə baş verdi? Separatçılar “müstəqillik” gününü matəm tədbirləri ilə qeyd etdilər. Digər tərəfdən, anti-milli qüvvələr Azərbaycan cəmiyyətində Qarabağla bağlı ruh düşgünlüyü yaratmağa, xalqı aşağılamağa, şəhid qanı bahasına əldə olunan qələbəyə kölgə salmağa çalışırlar. Elə təsəvvür yaratmaq istəyirlər ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilər “birdəfəlik itirilib”. Əslində isə Azərbaycan bütün prosesi nəzarətdə saxlayır və sülhməramlıların Qarabağla bağlı yol verdikləri səhvlərə adekvat və sərt reaksiya verir. Bu günlərdə Rusiyanın dövlət saytında yer alan “Dağlıq Qarabağ Respublikası” ifadəsinə Azərbaycan tərəfindən verilən sərt reaksiyadan sonra texniki səhvin düzəldilməsi, rəsmi Bakının Qarabağla bağlı qətiyyətli mövqeyinin dəyişməz olduğunu bir daha sübut etdi”.

Ramin Əhmədov bildirib ki, anti-milli qüvvələr yalnız öz məqsədləri üçün Qarabağla bağlı bədbin, heç bir əsası olmayan fikirlər yayırlar.



“Həm Ermənistandakı, həm də Azərbaycandakı radikal qüvvələr Qarabağ probleminin həll edilməsinin tərəfdarı deyillər. Çünki hər iki qüvvə uzun illər “Qarabağ kartından” öz siyasi maraqları üçün istifadə edib. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən Müharibəsindən sonra isə yeni reallıq yaranıb. Amma radikallar bu reallığı qəbul etmək istəmir. dövlətimizin və xalqımızın əleyhinə çıxış edir, milli maraqlarımızı hədəf götürürlər. Radikal müxalifət yaxşı olar ki, öz siyasi keçmişlərinə nəzər salsınlar. Azərbaycan xalqı radikalların 1992-1993-cü illərdə ölkəni xaosa sürükləyib qaçdıqlarını yaxşı xatırlayır. Ölkəmiz 1992-1993-cü illərdən fərqli olaraq məğlub yox, qalib ölkədir və Cənubi Qafqazda siyasi, iqtisadi qaydaları diqtə edir. Azərbaycandakı radikallar və xaricdəki “mühacirlər” anlamalıdırlar ki, dövlət idarəçiyi onların bacara biləcəyi iş deyil. Dövlət qarşıya çıxan maneələri hay-küylə, pafoslu çıxışlarla, yalançı paylaşımlarla deyil, siyasi manevrlərlə, ağılla, səbrlə, təmkinlə və dövlətin iqtisadi gücü, siyası nüfuzu ilə həll edir. Radikallar həm də onu anlamalıdır ki, xalqa, milli maraqlara qarşı çıxanları tarix bağışlamır. “Qarabağ kartı” üzərindən öz siyasi maraqlarını təmin etməyə çalışanların, düşmənə xidmət edənlərin də yeri “tarixin zibilxanası” olacaq”.

Elvin Məmmədov

Missiya.Az

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  6.3.4 istiqaməti üzrə (İctimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır. 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR