Qarabağda Rusiya sülhməramlılarının yeni komandanı təyin edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

General-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı təyin edilib.

O, bu vəzifədə general-leytenant Rüstəm Muradovu əvəz edib.

Yeni komandan bu gün Ermənistana səfər edib.

Bildirilir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan M.Kosobokovu və Rusiya 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarovu qəbul edib.

Mənbə: Ermənistan mətbuatı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR