İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR