Haqqımızda Əlaqə

Millimiz Avropa çempionatına türkiyəli idmançılarla birgə hazırlaşır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplantısında iştirak edir.

Samsun toplanışına perspektivli gənc cüdoçularımızla yanaşı, qardaş Türkiyənin milli komandasının üzvləri də qatılıb.

Gənclərdən ibarət millinin üzvləri məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə iki dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşır.

Qeyd edək ki, gənc cüdoçularımız sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR