“YAŞAT” Fonduna nə qədər vəsait toplanıb?
Bu günə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 61 831 827 manat cəmlənib.
İanələrdən 34 109 883,84 manat xərclənib.
Toplanan məbləğin 17 174 826,5 manat fiziki şəxslər, 44 657 000,5 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.
Qeyd edək ki, 2020-ci il dekabrın 8-də Prezident İlham Əliyevin imzaladığı Fərman ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb.
Oxşar Xəbərlər
- Qoşa dalğalanan bayraqlar
- TAİB-in İdarə Heyətinin üzvü, Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydili: “Biz türkmən xalqı da aksiyaya dəstək mesajımızı veririk”
- Dövlətimizin diaspor siyasəti həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanmasında müstəsna rol oynayır