Ərdoğan Avropa liderlərilə Əfqanıstanı müzakirə etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniya Baş naziri Boris Conson və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefonla danışıb.

Müzakirələrin əsas mövzusu Əfqanıstandakı vəziyyət olub.

Türkiyə dövlət başçısı ölkə hərbçilərinin uyğun şərtlərin formalaşacağı təqdirdə Kabil hava limanının mühafizəsini öz üzərlərinə götürə biləcəklərini bildirib.

Ərdoğan, həmçinin hazırda 5 milyon qaçqına ev sahibliyi edən Türkiyənin əlavə köç yükünü qaldıra bilməyəcəyini də qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR