Daha doqquz naməlum şəhidin məzarı açılacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Avqustun 20-də İkinci Şəhidlər xiyabanında naməlum şəhidlərin məzarları açılacaq”.

Bu barədə Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən məlumat verilib.

Bildirilib ki, sabah doqquz naməlum məzarın açılması planlaşdırılır. Proses iki-üç gün davam edəcək.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR