Yaşayış yerini tərk edən koronavirus xəstələri SAXLANILDI

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Nazim Həsənovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub.

Həmin şəxs rayon ərazisində aşkarlanıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar N.Həsənov barəsində Zərdab Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 17-də aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

Rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan A.Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Onun barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayon sakini K.Kərimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə baxmayaraq karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Cəlilabadda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş R.Rzalının yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR