Haqqımızda Əlaqə

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Əfqanıstandakı sülhməramlıların birgə fəaliyyətini müzakirə ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

16 avqust 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR