Haqqımızda Əlaqə

“6 ay əvvəl müharibə aparırdıq, bu gün Avropanın böyük futbol turnirinə ev sahibliyi edirik…” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu, ölkəmizin qüdrətini, yüksək iqtisadi imkanlarını və təhlükəsizliyi ən yüksək səviyyədə təşkil etmək üçün yetərli poyensiala malik olduğunu göstərir”

“Azərbaycanda Vətən Müharibəsindən  6 ay sonra  Futbol üzrə Avropa Çempionatının (Avro2020) oyunlarının  keçirilməsi ölkəmizin idman potensialının, iqtisadi gücünün, siyasi nüfuzunun və beynəlxalq idman qurumlarının ölkəmizə olan güvəninin göstəricisidir. Bakı Avropanın nüfuzlu şəhərləri sırasından seçilib. Paytaxtımız artıq böyük miqyaslı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirilib. Bir neçə gün əvvəl başa çatan “Formula 1” yarışlarını da xüsusi qeyd etmək lazımdır. Bütün bunlar hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır”.

Missiya.Az xəbər verir ki,  bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov müharibədən 6 ay sonra Azərbaycanda ard-arda keçirilən beynəlxalq yarışların əhəmiyyətindən danışarkən deyib.

YAP rəsmisi bildirib ki, dünyanın və Avropanın nüfuzlu idman təşkilatları müharibə baş verən ölkələrdə çempionatlar keçirməkdə maraqlı olmurlar. Və bu da birinci növbədə təhlükəsizlik məsələləri ilə bağlıdır: “Azərbaycanda Vətən Müharibəsi 6 ay əvvəl başa çatıb. Təcrübədə var ki, FİFA və UEFA hər hansı bir ölkədə yarışların keçirilməsi üçün icazə verirdikdən aylar sonra öz qərarlarını dəyişiblər. Amma Azərbaycanla bağlı belə qərar verilmədi. Çünki ölkəmiz Avropa təşkilatları qarşısında böyük etimada sahibdir. Əminliklə deyə bilərik ki, ölkəmiz bu yarışların öhtəsindən də layiqincə gələcək. Çünki Azərbaycanda yarışlarla bağlı həm yüksək  təhlükəsizlik tədbirləri görülüb, həm də müasir idman infrastrukturu qurulub. Digər idman yarışları kimi, Bakı AVRO2020-nin oyunlarını da yüksək səviyyədə təşkil edəcək. İdmançıların, xarici qonaqların və xüsusilə şəhər sakinlərinin rahatlığı üçün bütün tədbirlər görülüb. Müharibədən cəmi 6 ay sonra böyük bir idman turnirinə ev sahibliyi edən ölkələr sırasında yer almaq, adi bir məsələ deyil. Bu, ölkəmizin qüdrətini, yüksək iqtisadi imkanlarını və təhlükəsizliyi ən yüksək səviyyədə təşkil etmək üçün yetərli poyensiala malik olduğunu göstərir. Bu həm də bizim etibarlı tərəfdaş olduğumuzun sübutudur.  Cəmi 6 ay əvvəl dünya mediasında Azərbaycanın adı müharibə aparan ölkə kimi çəkilirdi. Bu gün ölkəmizin adı Avropanın böyük futbol turnirinə ev sahibliyi edən ölkələr sırasındadır. Olduqca qürurverici hadisədir”.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR