Haqqımızda Əlaqə

“Azad edilmiş torpaqlardakı resurslar iqtisadi gücümüzü artıracaq – Fəzail Məmmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son 10 ildə Azərbaycan prezident İlham Əliyevin yeritdiyi iqtisadi, daxili və xarici siyasət nəticəsində dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır.

2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və Azərbaycanla güclü iqtisadi əlaqələri olan ölkələrdə iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürəti zəifləmiş və qeyri–neft sektorunda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır. Dünya iqtisadiyyatı üçün çətin olan bir dövrdə, artıq ikinci ildir davam edən pandemiyanın yaratdığı çətinliklər ölkəmizin iqtisadiyyatı üçün də təsirsiz deyildir. Əlavə olaraq, öz havadarlarının dəstəyi ilə əlavə torpaqlarımızı işğal etmək həvsi ilə ölkəmizə hücum etmiş Ermənistana qarşı əks-hücum əməliyyatları ilə 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi də iqtisadiyyatımıza öz təsirini göstərməyə bilməzdi. İşğaldan azad edilmiş rayonlarımızın bərpası və iqtisadiyyatın inkişafı üçün ilkin olaraq böyük sərmayələr tələb olunsa da, bərpadan sonra, işğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü artıracaq. Bütün bunlara iqtisadiyyatın inkişaf meyllərini müəyyənləşdirmək, şəffaf və səmərəli fəaliyyət lazımdır. 

İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir.

Müştəri məmnuniyyətinin dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq, hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.

Qonşu dövlətlərlə iqtisadi münasibətlərin son zamanlarda daha da inkişaf etdirildiyi görünməkdədir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

Fəzail Məmmədov,
250 nömrəli tam orta məktəbin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR