Beynəlxalq İqtisadiyyat və Bizness simpoziumu keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Gaziantep Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Dekanı Prof. Dr. Hacı Mustafa Paksoyun təşkilatçılığı ilə 27-28 May tarixlərində Beynəlxalq İqtisadiyyat və Bizness simpoziumu keçirilib. Simpoziumda Covid-19 koronovirus pandemiyasının ümumi təsirləri müzakirə olundu.

Beynəlxalq İqtisadiyyat və Bizness simpoziumunun təşkilatçısı Prof. Dr. Mustafa Paksoy, bu il simpoziumun Covid-19 səbəbi ilə onlayn formatda keçirildiyini bildirdi.

Əvvəlcə Simpoziumun açılış nitqini söyləyən Prof. Dr. Hacı Mustafa Paksoy, ikinci simpoziumun fəaliyyətinə uğurlar arzuladı.

İndoneziyanın Gadjah Mada Universitetinin Sosial və Siyasi Elmlər Fakültəsinin dekanı, Dr. Wawan Masudi, Hasan Kalyonu Universitetinin Rektoru Prof. Dr. Türkay Dereli və Kilis Dekabr Universitetinin Rektoru Prof. Dr. İsmail Güvençin çıxışlarından sonra simpozium təqdimatlarla davam etdi.

Ümumilikdə 20 fərqli ölkədən 50-dən çox məruzə təqdim edən 70-dən çox akademikin qatıldığı beynəlxalq simpoziumda Covid-19 Pandemiyasının təsirləri müzakirə edildi.

Qeyd edək ki, Beynəlxalq İqtisadiyyat və Bizness simpoziumunda Azərbaycanı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər üzrə doktorantı Xətai Salmanov və başqa nümayəndələr təmsil etmişdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR