Parlament Vətən müharibəsi qəhrəmanlarına güzəştləri nəzərdə tutan qanunları qəbul etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Milli Məclisin iclasında Əmək və Vergi məcəllələrini dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihələrlə Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilməsi nəzərdə tutulur.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir.

Sənədə əsasən, Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək.

Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Vətən müharibəsi qəhrəmanlarının aylıq gəlirlərinin 400 manatı vergitutmadan azad ediləcək.

Qanun layihələri səsə qoyularaq qəbul edilib

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR