Təhsil naziri cəmiyyətin distant təhsilə olan münasibətindən DANIŞDI
“Biz məktəblərin distant təhsilə keçirilməsi məsələsi ilə bağlı ictimaiyyətin də rəyini öyrənməyə çalışdıq. Bu sorğu müəyyən suallar doğurdu, lakin bu məsələyə də Təhsil Nazirliyi tərəfindən aydınlıq gətirildi”.
Bu sözləri Təhsil naziri Emin Əmrullayev AzTV telekanlında çıxışı zamanı deyib.
O bildirib ki, bu sorğunun elmi-akademik sorğu olmadığını qeyd etdik:
“Bu tip qərarlar qısa zamanda qəbul edilir, elmi sorğular isə daha uzun hazırlıq tələb edir. Məqsədimiz cəmiyyətin ilkin reaksiyasını öyrənmək idi. Bu sorğuda 50 mindən artıq insan iştirak etdi və şərh yazdı. Valideynlərin bir qismi uşaqlarını hələ də təhsil müəssisələrinə göndərmək istəyirlərsə, digər qrup valideynlər isə yoluxma sayının artmasına görə tam əksini istəyir. Bu qərarı düz və ya səhv yox, uyğun qərar kimi qiymətləndirərdim. Bu vəziyyətdə insanların sağlamlığını qorumaq üçün verilən bu qərar düzgün addımdır”.
Oxşar Xəbərlər
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə video müraciət edib
- “Heç bir qüvvə xalqlarımızın əzəli dostluğuna təsir edə bilməz” – Özbəkistan prezidenti
- Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib – RƏSMİ