Pakistanın İƏT-dəki daimi nümayəndəsi: “Ağdamda gördüklərim tam bir vəhşilikdir”
“Ağdamda gördüklərim tam bir vəhşilikdir”.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bunu Pakistanın İslam Əməkdaşlığı Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Rizvan Səid Şeyx bildirib.
“Bu vəhşiliyin nəticələrini öz gözlərimizlə görməyimiz bizləri dəhşətə gətirib. Gələn il İslamabadda İƏT-in Konfransı keçiriləcək. Həmin konfransda ermənilərin Qarabağda dağıntılara yol vermələri xüsusi qeyd ediləcək. İşğaldan azad edilən ərazilərin bərpası üçün konfransda məsələ qaldırılacaq”.
Qeyd edək ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.
Oxşar Xəbərlər
- Qırğızıstanda Milli Qurtuluş Gününə həsr olunmuş kofrans keçirilib – “Manas” Universitetində izdiham yaşanıb – Fotolar
- Mustafa Yeniasır:”Türk dünyasının farklı bölgelerine baktığımızda aralarındaki mesafe fiziki anlamda uzak olsa da kültüre dair birçok şeyin ortak olduğunu söyleyebiliriz”
- Azərbaycan Prezidenti: “Biz öz dədə-baba torpaqlarımıza Ermənistan faşizminin başını əzərək, şəhidlərimizin qanını alaraq qayıtdıq”