Mikayıl Cabbarov İsrailə təşəkkür etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Martın 17-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının illik iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, biznes nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Palatanın ötən ilki fəaliyyəti, İsrail dövləti və Azərbaycan Respublikası arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik tədbirləri, 2021-ci ilə dair planları barədə məlumat verib.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov Palatanın fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edilib ki, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də dövlət-özəl işgüzar dialoqun təşviqi üçün əhəmiyyətli platformadır.

Son iki ildə Palatanın aktiv fəaliyyətini vurğulayan nazir qurumun biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib. Mikayıl Cabbarov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə, həmçinin müharibədə ağır yaralanan əsgər və mülki şəxslərə yardım göstərmək üçün İsrailin böyük tibbi heyətinin Azərbaycana gəlməsinə görə İsrail tərəfinə təşəkkür edib.

M.Cabbarov pandemiya səbəbindən ikitərəfli ticarət əlaqələrində müəyyən geriləmənin olmasına baxmayaraq, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini vurğulayıb.

Nazir azad edilmiş ərazilərimizin bərpası prosesində əməkdaşlıq, postpandemiya dövründə aparılacaq iqtisadi islahatların istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda qeyd edilib ki, İsrail şirkətləri informasiya texnologiyaları, kənd təsərrüfatı, su sektorunun idarəedilməsi və səhiyyə sahələrinə böyük maraq göstərir. Bu sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğu və fəal dialoq aparıldığı vurğulanıb.

Tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxış edərək ölkələrimiz arasında yüksək siyasi və iqtisadi əlaqələri vurğulayıb, Palatanın əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Sonra İsrail Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixail Lotem “İsrail-Azərbaycan iqtisadi münasibətləri və postpandemiya dövründə yeni imkanlar” mövzusunda təqdimatla çıxış edib.

İclasda İsrail-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə müzakirələr aparılıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR