Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Oxu.Az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.
Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl ölkə üzrə dörd məktəb COVID-19-a görə bağlanıb.