Almila Hakim:”Ən ümdə arzum Şuşanı gəzmək, Laçında ləzzətlə çay içmək olub”
Qardaş Türkiyənin UMAY Dayanışma ve Yardım Derneği yetkilisi Almıla Hakim Qarabağın azadlığı və qələbə sevincini bizlə bölüşdü. Uzun illər “Türk dünyası ağsaqqalları” qəzeti ilə əməkdaşlıq edən dəyərli, Turanı canı kimi sevən bu yardımsevər xanım türkdilli xalqların sevimlisinə çevrilib. Qeyd edək ki, Almıla xanım Hakim Doğu Türküstan Kazak liderlərindən, Kaplan Tüklü Kahraman kimi tanınan Alibek Hakimin nəvəsidir.
-Xoş gördük, əziz bacımız. Turançı xanımın zəfərdən sevinci aşıb-daşır. Azərbaycanı öz yurdu sayan bir türk qızı kimi duyğularınızı paylaşarsızmı bizlə?
-Çox duyğuluyam. Qəhərdən danışa da bilmirəm. Hər gün həyəcanla izləyirdim Qarabağ xəbərlərini. Azərbaycan bizim də doğma vətənimiz sayılır. Türkün türkdən başqa dostu yoxdur. Ordumuzun hər zəfərini qeyd etdik bizlər də burda. Şuşanın alındığı gün sanki dünya durdu. Arzularımın şəhəri idi Şuşa!
-Uzun illərdir ki, Azərbaycana gəlib-gedirsiz. Vətən dediyiniz bu torpaqda özəl sandığınız bir şey varmı?
-Buranın əsil özəlliyi ondadır ki, insan özünü doğma evindəki kimi hiss edir. Baxmayaraq ki, Azərbaycan müxtəlif xalqların, etnosların yaşadığı məkandı, hamının xarakteri eynidi. Hamı mehriban, diqqətcil və qayğıkeşdi. Başqalarının adətlərinə hörmətlə yanaşırlar. Özəlliyi bundadı.
-Elə bir arzunuz olubmu ki, Azərbaycanda onun məqbul olmasını istəmisiz?
-Bəli olub. Zatən arzular bitməz ki… Ən ümdə arzum Şuşanı gəzmək, Laçında ləzzətlə çay içmək olub. Bir gün arzularımın gerçəkləşəcəyinə ümidim vardı. Sağ olsun, cənab İlham Əliyevin, müzəffər ordumuzun sayəsində arzuma qovuşacağam. Düz bir ay Qarabağda qalacağam. Doya-doya hüsnünü seyr edəcəyəm. Təbii ki, sizinlə birgə.
-Bu qələbədə qardaş Türkiyənin də böyük rolu, dəstəyi var. 1918-20-ci illərdə olduğu kimi yenə də bizim yanımzda oldu qardaş Türkiyə.
-Biz iki dövlət, bir millətik. Qardaş qardaşın yanında olmalıdı hər zaman. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdi. Paşinyan özünü meymun kimi aparırdı. Sonu bəlli idi. Türkün yumruğu qalxdısa mütləq düşmən başına enəcək. Tarixləri, dövlətləri olmayan ermənilər onun-bunun torpağından özlərinə respublika düzəltməyə çalışdılar. İddiaları bitmədi. Xain və məkrli xalqın heç vaxt dostu olmur. Və onlar heç zaman düzgün təxəyyüldə olmayıblar. Onlar insanlıqdan danışa bilən ən axırıncı millətdi.
-Bərdə, Gəncə və başqa ərazilərdəki terrorlar, zəfər xəbərləri Türkiyə mediasının gündəmindən düşmədi. Hətta körpə ölümlərinə göz yaşlarını tuta bilmədlər. Buna görə həmkarlarımıza sonsuz dərəcədə minnətdarıq. Şuşann alndığı gün, Qələbə günü də bizimlə bir ayaqdaydı Türkiyəm.
-Bu öncə bizim insanlıq borcumuz, qardaşlıq borcumuzdu. Bütün şəhid olanlara Allahdan rəhmət diləyirik. Qazilərimizə əsgər və zabitlərimizə can sağlığı arzulayırıq. Şuşanın dağlarından duman çkildi. Qələbə bizim idi. Hələ də bayram əhval-ruhiyyəsi davam edir Türkiyədə. Biz hər il sizinlə birgə Azərbaycanda şəhid ailələrini, qaçqın-köçkünləri ziyarət etmişik. İndi daha yurdumuzda vətəndaş var, qaçqın yoxdu. Bu gəlişimizdə bütün qazi qardaşlarımızı, şəhid ailələrimizi ziyarət edəcəyik. Mən bütün dərnək üzvlərimiz adından Azərbaycan xalqını qələbə münasibətilə təbrik edir, ölkəmizə rifah və firavanlıq arzulayıram. Yaşasın Azərbaycan-Türkiyə dostluğu! Yaşasın bizə bu sevinci yaşadan şanlı ordu! Qarabağ Azərbaycanındır! Həmişə mutlu yaşayın!
-Təşəkkür edirik. Sizlər var olun. Türkiyə var olsun! Bizə qardaşlıq dəstəyi verən Pakistan var olsun! Şuşada görüşənədək!
-İnşaallah!
Şərafət Şəfa