Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin olundu – VİDEO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış, reabilitasiya vasitələrinə ehtiyacı olan qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu protezlər Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində dünyanın məşhur protez istehsalçıları ilə əməkdaşlıq şəraitində qurulan sexdə hazırlanır. Həmin reabilitasiya vasitələri yüksək funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam, daha dəqiq tənzimlənməsinə imkan verir, sabit, təhlükəsiz və inamlı hərəkəti təmin edir.

Döyüşlərdə ağır yaralanaraq ayağını itirən Rəşad bu reabilitasiya vasitəsi ilə artıq sərbəst şəkildə addımlamaq, rahat hərəkət imkanına malikdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR