Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin sabah keçiriləcək mərhələsi jurnalistlər üçün açıq olacaq. Təlimləri izləyəcək KİV nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Ankaradan Qarsa aparılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR