Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən görüntülər – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşkəsin dayandırılması rejiminə nəzarət vəzifələrinin icrasını davam etdirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, rusiyalı hərbçilər atəşkəs rejimini “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarının vasitəsi ilə izləyir.

Rəsmi informasiyada bildirilir ki, birgə monitorinq mərkəzinin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır, burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir.

Həmçinin Birgə Mərkəzin növbətçiləri əldə edilmiş razılaşmaların pozulması barədə məlumatları toplayır, razılaşmaların yerinə yetirilməməsi ilə bağlı şikayətlərə baxır.

Qeyd edək ki, 30 yanvar 2021-ci il tarixində Ağdamın işğaldan azad edilmiş ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR