Qarabağda meyiti aşkarlanan ermənilərin sayı 1354-ə çatdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində zərərsizləşdirilmiş daha 9 erməni hərbçinin meyiti tapılıb.

Bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Meyitlər işğaldan azad olunan Füzuli rayonunda aşkarlanıb.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizası təyin olunub.

Axtarış işləri bu gün Hadrut istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, fevralın 1-dək döyüş bölgəsindən 1 354 erməninin qalıqları aşkarlanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR