Türkiyəli nazir: “TAP-la birlikdə TANAP və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Enerji və Təbii Sərəvətlər naziri Fateh Dönməz Azərbaycan Təhsil Proqramının açılışında Türkiyə-Azərbaycan qardaş sevgisinə yeni bir halqa əlavə olunduğunu deyib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayır.

Dönməz bildirib ki, Türkiyə ilə Azərbaycanın qardaşlıq səviyyəsini görmək istəyənlər onların ortaq layihələrinə və bir-birinə olan məhəbbətinə baxmalıdırlar:

“Məhz bu birliyin gücü ilə qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağ əsl sahibinin əlində abad olmağa başlayır. Qafqaz bu qardaşlığın gücü sayəsində sülh və əmin-amanlıq qazandı”.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında texnologiya, təhsil və enerji mövzusunda yeni layihənin müzakirəsinə hazırlaşılır:

“Qarşılıqlı etimada əsaslanan, uzunmüddətli və geniş miqyaslı sərmayə tələb edən layihələri qətiyyətlə həyata keçiririk. Həyata keçirdiyimiz bu layihələrin beynəlxalq miqyasda olması növbəti uğurun göstəricisidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərimiz dövrün ən vacib əsərləri kimi ortaya çıxıb. Bu layihələr uğurla həyata keçirildikcə birliyimiz gücləndi və qardaşlığımız möhkəmləndi”.

“İndiyə qədər təxminən 9,1 milyard kubmetr qaz nəql edilib. TAP-la birlikdə TANAP və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq”, – deyə türkiyəli nazir bildirib.

O Türkiyənin keçən il idxal etdiyi təbii qazın 24 faizinin Azərbaycandan gəldiyini xatırladaraq Azərbaycanın təbii qazının həm güvənlə istifadə olunduğunu, həm də bu qazı beynəlxalq bazara təqdim edəcək layihələrdə ortaqlıqların həyata keçirildiyini deyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR