“Prezidentin Şuşaya səfəri xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanın Əliyevanın Şuşaya səfərini hər birimiz böyük fəxarət hissi ilə izlədik. Bu tarixi səfər qəhrəman xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi. Müzəffər Ali Baş Komandanla bir daha qürur duyduq”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-Prezident  Mehriban Əliyevanın Şuşa şəhərinə səfəri barədə özünün Facebook səhifəsində paylaşıb.

R.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev Şuşaya həmişə xüsusi münasibət göstərib: “Şuşa işğaldan azad olunandan sonra cənab Prezident bəyan etdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşanın azad olunması hətta xarici hərbi ekspertlər tərəfindən də “fantastik” nəticə kimi dəyərləndirilir, həyata keçirilmiş əməliyyat  isə “Azərbaycan əsgərinin ağlasığmaz qəhərmanlıq nümunəsi” kimi şərh olunur. Şuşa uğrunda döyüşlərdə iştirak etmiş hərbçilərimiz də deyirlər ki, həmin əməliyyat zamanı onlara sanki ilahi güc gəlib. Bax, bu gücü, bu ruhu onlar Ali Baş Komandanın qətiyyətindən, dönməz iradəsindən alıblar. Prezident İlham Əliyevin Şuşaya məxsusi münasibəti əslində onun mədəniyyətimizə, ədəbiyyatımıza  və  tariximizə gerçək münasibətindən qaynaqlanır. Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Bu torpaq ədəbiyyatımıza neçə-neçə parlaq imzalar bəxş edib. Şuşa bizim milli ruhumuz, şərəfli tariximizdir. Odur ki, Prezidentimizin Şuşa mövzusunda həssaslığı, onun ümumən Azərbaycanın mədəni və tarixi irsinə münasibəti kontekstində şərh olunmalıdır”

YAP rəsmisi Prezident İlham Əliyevin Şuşaya səfərinin erməni cəmiyyətindəki sarsıntını daha da dərinləşdirdiyini də deyib: “Prezident İlham Əliyevin Şuşaya səfəri düşmən ölkədə də diqqətlə izlənilib. Erməni siyasət adamları, eləcə də təhlilçilər bu səfəri İlham Əliyevin qələbəsinin yekun təsdiqi kimi qiymətləndirdilər. Mətbuatda isə baş nazr Nikol Paşinyan və onun komandasının ünvanına aşağılayıcı fikirlər yayınlandı.  “Bitdi, daha heç nə əvvəlki kimi olmayacaq”, “Bu artıq bizim sonumuzdur”  və sair bu kimi reaksiyalar göstərir ki, sosial-iqtisadi problemlər məngənəsində çabalayan  Ermənistan cəmiyyəti mənən də sınmış vəziyyətdədir. Amma bu da hələ son deyil. İlham Əliyev, dostu sevindirəcək, düşmənin isə gözünü kor edəcək hələ çox addımlar atacaq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR