“Qarbağın dirçəldilməsi ümumxalq işi olmalıdır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu” işğaldan azad olunan torpaqlarımızın bərpasında mühüm rol oynayacaq. Fond sadə vətəndaşdan tutmuş, biznemenlərə və dövlət qurumlarına qədər – hər kəsin Qarabağın bərpasında iştirak etmək istəyini reallaşdıracaq. Hər bir Azərbaycan vətəndaşı “Qarabağ Dirçəliş Fondu” vasitəsi ilə görülən işlərə öz töhvəsini verəcək. Bu Fond Qarabağın bərpasında iştirak etmək istəyən hər bir Azərbaycan vətəndaşı üçün böyük şansdır.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkiatının sədr müavini və Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondunun yaradılması ilə bağlı imzaladığı fərman barədə danışarkən deyib.

YAP rəsmisi bildirib ki,tarixə qovuşan Dağlıq Qarabağ problemi Azərbaycan xalqının ümumi dərdi idi. İndi Qarbağın dirçəldilməsi də ümumxalq işi olmalıdır. Xalqımız Qarabağın dirçəldilməsi, orada həyatın bərpa edilməsi prosesinə öz dəstəyini göstərməlidir. Necə ki, 27 ildən sonra Qarabağın azadlığı uğrunda başlanan hərbi əməliyyatlar zamanı vahid mövqedən çıxış etdik, Ordumuza həm mənəvi, həm də maddi dəstəyimizi əsirgəmədik, eləcə də, bərpa prosesində həmrəylik nümayiş etdirməliyik. Əminliklə deyə bilərəm ki, Vətən Müharibəsində olduğu kimi, Qarabağın bərpası zamanı da birlik nümayiş etdirəcəyik. Hər kəs dövlətin, Prezidentin yanında olmalı, yenidəbqurma prosesində bacardığı qədər iştirak etməlidir. Dövlət öz işini görürür. Fondlar isə yalnız dövlətin gördüyü tədbirlərə əlavə dəstək verilməsi məqsədi ilə yaradılır. Xüsusilə qeyd etməliyik ki, Prezidentin fərmanları əsasında Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən qazilərimizin, döyüşlərdə şəhid olan hərbçilərimizin ailələrinə xüsusi diqqət göstərilir. Həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid olanların ailələrinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsi məqsədi ilə yaradılan “YAŞAT” Fondu, ölkə rəhbərliyi tərəfindən müvafiq kateqoriyadan olan insanlara göstərilən diqqətin bariz nümunəsidir. Biz də hər zaman bu proseslərdə dövlətimizin yanındayıq. Prezident İlham Əliyevin Qarabağın bərpası ilə bağlı həyata keçirdiyi bütün layihələrə maksimum dəstək göstərməyə çalışacağıq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR