“Türk dünyası “Vikipediya”da layihəsi çərçivəsində bir ay ərzində 60-dan çox məqalə yaradılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyası ağsaqqalları“ qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da layihəsi uğurla davam edir. Layihə çərçivəsində ötən bir ay ərzində 60-dan çox məqalə yaradılıb, əsaslı redaktə olunub və zənginləşdirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər. Könüllülər tərəfindən “Vikipediya”da türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yerləşdirilib. Məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirmək və daha da əlçatan etməkdir. Bu sahədə gələcək fəaliyyətimizi sistemli şəkildə davam etdirəcəyik.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR