“Ermənilərin törətdiyi ekoloji terror bütövlükdə region üçün ciddi təhlükə yaradır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Əgər Ermənistan indiyə qədər törətdiyi bütün çirkin əməllərinə görə cəzalandırılsaydı, 21-ci əsrdə belə bir vəhşiyilə əl atmazdı”

“Ermənilər 200 il ərzində Azərbaycan xalqına qarşı qanlı cinayətlər törədiblər, milli-mənəvi dəyərlərimizə qarşı düşmən münasibəti göstəriblər. Erməni vəhşiliyi bu gün də davam etməkdədir. Buna sübut kimi İkinci Qarabağ Müharibəsi nəticəsində, uzun illərdir işğalal altında saxladıqları Azərbaycanın Kəlbəcər rayonunu tərk edərkən törətdikləri vandallıq nümunələrini göstərmək olar. Beyinləri Azərbaycana qarşı düşmənçilik idealogiyası ilə zəhərlənmiş başıpozuq kütlə, Kələbəcərdə evləri, hərbi obyektləri, mədəniyyət ocaqlarını, təhsil müəssisələrini yandırır, meşələrmizdəki yüz illərlə yaşı olan ağacları kəsib, yaşıl qətliam həyata keçirirlər”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrordan danışarkən deyib.

YAP rəsmisi Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terrora müvafiq beynəlxalq təşkilatların susqunluq nümayiş etdirdiyini deyib: “Niyə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN), Ümumdünya Meteorologiya Təşkilatı (WMO) erməni vəhşiliyini görməzdən gəlir? Onlar planetimizdə təbiətin qorunmasına birbaşa cavabdeh qurumlardır. Azərbaycanın Ekologiya və Təbbi Sərvətlər Nazirliyi də həmin beynəlxalq təşkilatlara rəsmi müraciət edib. Amma heç bir tədbir görülmür. Müşahidələr göstərir ki, bir çox beynəlxalq təşkilatlar siyasi məsələlərdə olduğu kimi, ekoloji məsələlərdə də ikili standart yürüdürlər. Əgər Ermənistan indiyə qədər törətdiyi bütün çirkin əməllərə görə cəzalandırılsaydı, 21-ci əsrdə belə bir vəhşiyilə əl atmazdı”.

Ramin Əhmədov bildirib ki, Ermənistanın həyata keçirdiyi ekoloji terror təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionumuz üçün təhlükəlidir: “Məlumdur ki, dünyada meşə fondu hər il azalmağa doğru gedir. Qafqaz regionunda meşə fondu o qədər də çox deyil. Belə bir regionda ermənilərin törətdiyi vəhşiliyə beynəlxalq təşkilatlar mütləq şəkildə sərt reaksiya verməlidir. Ola bilməz ki, beynəlxalq təşkilatlar bu vəhşiliklərdən xəbərdar olmasın. Çünki həm dünyanın aparıcı media qurumları, həm də yerli kütləvi infomasiya vasitələrimiz hər gün Kəlbəcərdəki erməni vəhşiliyi, meşələrə od vurulması, yaşıl ağacları kəsilməsi ilə bağlı sujetlər, materiallar hazırlayırlar. Həmçinin Rusiya sülhməramlılarının da çəkdiyi görüntülər var. Azərbaycana müharibəni dayandırması üçün təzyiq göstərməyə çalışan beynəlxalq təşkilatlar bu vəhşiliyə görə Ermənistana qarşı heç bir təzyiq göstərmirlər. Qərb təşkilatları görməzdən gəlsə də, mediası çəkir, göstərir. Onların vasitəsi ilə dünya xalqları erməni vəhşiliyini görür, düşmənin Azərbaycan xalqına bəslədiyi nifrətə şahidlik edir. Yalnız dağıtmağı, yandırmağı, talan etməyi və başqasının əmlakına, torpağına göz dikməyi bacaran mənfur düşmənlərimiz bilsinlərki, törətdikləri bu əməllərə görə cavab verəcəklər. Cənab Prezident də bu məsələ ilə bağlı açıqlamalarında birmənalı şəkildə bildirdi ki, ermənilər törətdikləri vandallıq aktlarına görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar. Dövlətimizin başşısı dedisə, ermənilər əmin olsunlar ki, məsuliyyətdən qaça bilməyəcəklər”.

Misssiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR