Distant təhsildə qiymətləndirmə ilə bağlı yeni mexanizm – RƏSMİ AÇIQLAMA
“Təhsil Nazirliyi distant təhsildə şagirdlərin biliklərinin qiymətləndirilməsi ilə bağlı təklif hazırlayır”.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
“Distant təhsildə şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün yarımilin sonunda böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bu, hələ təklifdir”, – deyə şöbə müdiri qeyd edib.
O qeyd edib ki, alternativ təklif olarsa, baxılacaq və bu barədə məktəblərə məlumat veriləcək.
Oxşar Xəbərlər
- İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
- Xalqımızı qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edir, xalqımıza rifah, dövlətimizə əmin-amanlıq arzulayıram-Fəttah Heydərov
- TAİB-in üzvləri Ankarada keçirilən şeir törənində iştirak ediblər