" />

Polislərimizə bayraq hədiyyəsi…- Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Heydər Əliyev: “Polis xalqımıza, müstəqil Azərbaycan dövlətinə, onun hər bir vətəndaşına xidmət edir”.

9 noyabr Bayraq Günü və 8 noyabr Şuşanın işğaldan azadlığı münasibətilə “Türk Dünyası Ağsaqqalları” qəzetinin əməkdaşları Bakıda bayraq aksiyası keçiriblər. Baş redaktor Ramin Əhmədovun təşəbbüsü ilə keçirilən aksiyada Azərbaycanın asayiş keşikçiləri olan qəhrəman polislərimizə də bayraq hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR