Tanınmış türkücü ifaçı: ”Azərbaycan ordusunun uğurlu əməliyyatları Türk dünyasında böyük sevinclə qarşılanıb”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Güney Türküstanın (Əfqanıstan) Andhoy şəhərinin Korqan qəsəbəsində anadan olan, tanınmış türkücü ifaçı Mehmet Sabir Karger Azərbaycan ordusunu uğurlu əməliyyatlarla bağlı təbrik edərək, öz xoş arzu və istəklərini bildirib.

Bu barədə “Türk Dünyası Ağsaqqalları” qəzetinə ifaçı özü söyləyib.

“Azərbaycan ordusunun uğurlu əməliyyatlarını türk dünyasında da sevincə qarşılanıb. Qəhrəman Azərbaycan ordusunu sidqi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan əsgərləri Qarabağda gücünü və əsgəri bacarıqlarını peşəkar səviyyədə göstərməklə yanaşı, bölgədə əmin-amanlığın yaranmasına çalışır. Mən Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını azad etməkdə olan sərkərdimiz hörmətli Prezidentimiz İlham Əliyevi və Azərbaycan xalqını edirəm. Prezident cənab İlham Əliyev uzaqgörən addımlar atır. Həm beynəlxalq siyasətdə, həm də cəbhədə düşməni mat vəziyyətinə salıb.  Beynəlxalq sistemdə də erməni lobbisinin bütün planları fiaskoya uğrayıb. Ürəkdən demək olar ki, Azərbaycan ordusu öz doğma torpaqlarını qaytarmaqla yanaşı, bölgədə beynəlxalq hüququ, sülhü bərpa edir. Həmçinin, bölgədə yeni terror yuvalarının yaranmasının qarşısını alır ”.

Elnur Eltürk

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR