Bərdəyə raket hücum zamanı ölənlərin sayı 21-ə çatdı – RƏSMİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bərdəyə düşmənin raket hücumu ilə bağlı paylaşım edib.
“Twitter” hesabından edilən paylaşımda qeyd edilir:
“Ermənistanın Bərdədə insanların sıx məskunlaşdığı əraziyə raket atması nəticəsində 21 nəfərdən çox mülki vətəndaş həyatını itirib, 60 nəfər yaralanıb”.