Təslim olan erməni hərbçi: “Başa düşdüm ki, döyüşməyə gəlməmişəm, qaçmalıyam”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar davam edir.

İzləyicilərimiz düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikanın qənimət olaraq ələ keçirildiyinin dəfələrlə şahidi olub.

Artıq Ermənistan ordusunda vəziyyət o həddə çatıb ki, düşmən ordunun əsgər və zabitləri silahı yerə qoyaraq, Azərbaycan tərəfinə təslim olmaq qərarına gəliblər.

Hazırda onlar müvafiq qurumlarımız tərəfindən dindirilir, izahatları alınır.

Təslim olmuş şəxslərdən biri – Mikayelyan Albert bildirib ki, Martuni şəhərində yerləşən hərbi hissədə tank əleyhinə taqımda olub:

“Həmin taqımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar”.

Valera Ayrapetyan məcburi çağırışla orduya qatıldığını deyib:

“Mənə dedilər ki, orduya getməkdən imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə – Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam”.

Edik Tonoyanın sözlərinə görə, sentyabrın 27-də müharibə başlayandan sonra onu və oğlunu hərbi komissarlığa aparıblar:

“Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR