Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: 714 yeni yoluxma rekordu

Azərbaycanda koronavirusa (COVID-19) 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, yeddi nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 5503 nəfərdir.
Ölkədə son sutka ərzində 9072, hazırkı dövrədək isə 1250736 test aparılıb.
Ümumi ölənlərin sayı 642 nəfərdir.
Ümumi yoluxanların sayı 46593 nəfər, ümumi sağalanların sayı 40448 nəfərdir.
Oxşar Xəbərlər
- Şuşada mədəni tədbirlərin keçirilməsi Əlaqələndirmə Qərargahının işçi qrupunda müzakirə edildi
- Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin müraciətinin böyük tarixi əhəmiyyəti var
- Səfir: “Türkiyə Prezidentinin özəl tapşırığı ilə Qarabağdakı işlər hər gün izlənilir”