Hikmet Hacıyev: “Ordumuz düşmənin döyüş qabiliyyətini əsaslı şəkildə zəiflədib”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu müddət ərzində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum nəticəsində Ermənistan silahlı qüvvələrinin əsas təchizatına dəyən ziyan onların müqavimətini, döyüş qabiliyyətini əsaslı şəkildə zəiflədib.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları davam etdirilir.

“Ermənistan tərəfi raket hücumları həyata keçirməklə beynəlxalq hüquq normalarını pozur. Lakin Azərbaycan Silahlı Qüvvələri tərəfindən onlara adekvat cavab veriləcək”, – deyə H.Hacıyev bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR