Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi saxta propaqanda və dezinformasiya ilə məşğuldur”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənistan tərəfi yalan və dezinformasiya əsasında propoqanda həyata keçirməkdədir.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan onların yalanlarını effektiv şəkildə ifşa edib:

“Ermənistan üçün bu çox böyük rüsvayçılıq oldu. Onlar iddia edirdilər ki, guya Ermənistan ərazisindən qalxan “Su-25” tipli döyüş təyyarəsi hansısa gözəgörünməz “F-16” təyyarəsi tərəfindən vurulub. Lakin, Azərbaycan tərəfi dərhal bununla bağlı məlumat verdi və bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Arsenalında “F-16” yoxdur və ölkəmizdə bu texnologiyadan istifadə olunmur.

Azərbaycanın əldə etdiyi məlumatlar sübut etdi ki, Ermənistanın ərazisindən iki ədəd “Su-25” tipli təyyarə qalxıb və Azərbaycan ərazisinə doğru hücum həyata keçirmək istəyirdi. Amma qeyri-peşəkarlıq nəticəsində havada toqquşub partlayıb. Ancaq Ermənistanın hərbi rəhbərliyi bu faktları öz xalqından gizlədir. Onlar yalnız saxta propaqanda və dezinformasiya ilə məşğuldurlar”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR