Erməni diversantın görüntülərini yayan hərbçilərimiz ordudan xaric edildilər – Araşdırma aparılır – RƏSMİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin ordudan qovulması barədə xəbərlərə aydınlıq gətirilib.

Müdafiə Nazirliyi  bildirilib ki, hərbçilər nizamnaməni pozduqları və orduda qadağan olunmuş smartfonlardan istifadə etdikləri üçün cəzalandırılıblar.

“Hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır. Bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar.

Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”, – deyə nazirliyin məlumatında qeyd olunur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR