" />

Ramin Əhmədov:”Karantin bitdikdən sonra biz yen layihələrlə çıxış edəcəyik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan Ağsaqqallar Şurası hər zaman dövlətəhəmiyyətli layihələrlə çıxış edib. Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb. Ulu öndər Heydər Əliyev ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. İndi də Şuranın üzvləri aktiv fəaliyyətdədirlər. Onlar ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə dövlət və millətlə əl-ələdirlər”.

Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Ramin Əhmədov Agsaqqallar.az saytına açıqlamasında deyib. O, qeyd edib ki, uzun illərdir şuranın həyata keçirdiyi layihələrə rəhbərlik edir.

“Bildiyiniz kimi mən həm də şuranın rəsmi orqanı olan “Türk dünyası ağsaqqalları” qəzetinin də baş redaktoruyam. Biz Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidməti olaraq fəaliyyətə başladığımız vaxtdan daim nizamnaməyə uyğun addımlamış, operativliyimizi qoruyaraq, peşə etikasından kənara çıxmamışıq. Layihələrə gəldikdə, onu deyə bilərəm ki, biz həmişə layihələrimizi qətiyyətlə başlayıb, uğurla bitirmişik. Bizim layihələrimizin çoxu uzunmüddətlidir. Hər il bir neçə layihə həyata keçiririk. Hər kəsə məlumdur ki, dünyada yayılan “COVİD-19” pandemiyası ölkələrin iqtisadi sistemlərini iflic edib, gəlirlərini azaldıb, xərclərini isə dəfələrlə artırıb. Bu mənfi iqtisadi tendensiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. İş yerləri müvəqqəti bağlanıb, turizm sektoru iflic olub, sərhədlər bağlanıb, ölkələrin ticarət əlaqələri kəsilib,  bütün dünyada  insanların sosial  vəziyyətində ciddi iqtisadi geriləmələr yaranıb. Və Azərbaycanda da karantin elan olunub. Bu müddətdə biz fəaliyyətimizi daha da artıraraq dövlətimizə dəstək olmağa çalışdıq. “Biz heç kimi unutmuruq!” layihəsi çərçivəsində maarifləndirmə işi və yardım aksiyaları keçirdik. Və bu gün də  fəaliyyətimizi onlyn şəkildə davam etdiririk.”

Tədbir və aksiyalar barədə saysız zənglərə, suallara, müraciətlərə cavab verməli olan layihə rəhbəri bildirib ki, karantin dövründə yaratdığımız mobil qruplar vasitəsilə yenə də vətəndaşlara dayaq durmağa çalışır, müraciətlərini dəyərləndiririk.

“Karantin bitdikdən sonra biz uzunmüddətli layihələrin icrasını davam etdirəcək,  yen layihələrlə çıxış edəcək, dövlətimizin yanında olaraq dövlətəhəmiyyətli tədbirlər həyata keçirəcəyik!”-deyə R. Əhmədov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR