Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 16-na olan statistik göstəriciləri açıqlayıb.

 

Məlumata əsasən hazırda ölkədə 1 838 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 199 nəfər reanimasiyada, 36 nəfər isə süni tənəffüs cihazındadır.

 

Ümumilikdə 34 219 nəfər virusa yoluxub, 31 875 nəfər sağalıb.

 

Qeyd edək ki, dünən 112 koronavirusa yoluxma faktı qeydə alınıb, 178 nəfər sağalıb, ölən olmayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR